22 Oktyabr, 2014
"Dnepr"in "Qarabağ"a qarşı heyəti açıqlandı

Simsar.az-ın məlumatına görə, sabah Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda "Qarabağ"ı sınağa çəkəcək "Dnepr" bu gün Kiyevə yollanıb.

Baş məşqçi Miron Markeviç 34 futbolçudan 20 nəfəri oyuna aparıb.

Qapıçılar: Boyko, Laştuvka, Şelixov.

Müdafiəçilər: Çeberyaçko, Mazux, Duqlas, Striniç, Fedetski, Luçkeviç, Miqunov.

Yarımmüdafiəçilər: Rotan, Konoplyanka, Kravçenko, Şaxov, Kankava, Bartuloviç, Blizniçenko, Qama.

Hücumçular: Seleznyov, Kaliniç

Xatırladaq ki, "Dnepr" - "Qarabağ" oyunu oktyabrın 23-dən 24-nə keçən gecə saat 00:05-də başlanacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!