22 Oktyabr, 2014
Yol terroru: 5 ölü, 13 yaralı

Simsar.az xəbər verir ki, dünən respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib və nəticədə 5 nəfər ölüb, 13 nəfər yaralanıb.

Daxili işlər orqanları tərəfindən isə gün ərzində 71 cinayət faktı qeydə alınıb ki, bunlardan da 23-ü açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 15 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 31 nəfər tutulub.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!