22 Oktyabr, 2014
Rusiya Ukraynaya texnika yeritdi - RAZILAŞMA POZULDU

Rusiya Ukraynanın Donbass bölgəsinə yenidən əlavə qüvvələr cəlb edir.

Simsar.az-ın məlumatına görə, Ukrayna Hərbi-siyasi Araşdırmalar Mərkəzinin “İnformasiya mübarizəsi” bölməsinin rəhbəri Dimitriy Tımçuk bildirib ki, artq bölgəyə 500 nəfərlik canlı qüvvə və çoxlu sayda texnika daxil olub. Texnikanın sırasında 50 tank və ZTR daxil edilib.

Tımçukun sözlərinə görə, hərbi qüvvənin bir hissəsi Amvrosiyevkada yerləşdirilib.

O, rusiyalı hərbiçilərin olduğu qüvvələrin təminatı ilə bağlı tədbirlərin həyata keçirildiyini də qeyd edib.

Mərkəzin rəhbəri bildirib ki, yerli separatçıların təlimi isə Rostov-na-Donu da keçirildiyinə dair dəqiq məlumatlara da malikdirlər.

Simsar.az


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!