22 Oktyabr, 2014
Azərbaycanda 15 035 bələdiyyə üzvü seçiləcək

Azərbaycanda dekabrın 23-də keçiriləcək növbəti bələdiyyə seçkilərində seçiləcək bələdiyyə üzvlərinin sayı açıqlanıb.

Mərkəzi Seçki Komissiyasının (MSK) Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az-a verilən məlumata görə, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri zamanı 15 035 bələdiyyə üzvü seçiləcək.

Qeyd edək ki, 2009-cu il dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri zamanı respublika üzrə 1718 bələdiyyəyə 15 682 üzv seçilib. Ancaq ötən dövr ərzində bələdiyyələrin birləşməsi prosesi nəticəsində bələdiyyələrin sayı 1718-dən 1607-ə enib. Buna müvafiq olaraq bələdiyyə üzvlərinin də sayı azalıb.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!