22 Oktyabr, 2014
Sabah 23 dərəcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava dumanlı olacaq, arabir tutulacaq. Əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın Simsar.az-a verdiyi məlumata görə, cənub küləyi şimal-qərb küləyi ilə əvəzlənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu axşam saatlarında 7-10, gündüz 18-23 dərəcə olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gec və axşam saatlarında 70-80, gündüz 40-50 faiz təşkil edəcək.

Rayonlarda da yağmursuz hava şəraiti hökm sürəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi bəzi dağlıq ərazilərdə gücləəcək. Aran rayonlarında temperatur gecə 5-10 dərəcə, gündüz 18-23 dərəcə, dağlıq ərazilərdə gecə 2-7, gündüz 10-15 dərəcə isti olacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!