22 Oktyabr, 2014
İlham Əliyev Beynəlxalq Konfederasiya rəsmilərini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də Ümumhəmkarlar İttifaqları Konfederasiyasının prezidenti, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Mixail Şmakovu və Ümumhəmkarlar İttifaqları Konfederasiyanın baş katibi Vladimir Şerbakovu qəbul edib.

Simsar.az xəbər verir ki, görüşdə Ümumhəmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin Bakıda keçirilən növbəti iclasının beynəlxalq əməkdaşlıq baxımından önəmi vurğulanıb. Azərbaycan ilə Ümumhəmkarlar İttifaqları Konfederasiyası və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd edilib, əlaqələrimizin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!