22 Oktyabr, 2014
Rusiya raket üçün Ukraynaya yanacaq vermədi

“Roskosmos” bu ilin sonunda orbitə çıxarılması nəzərdə tutulan Ukraynanın “Zenit” raketi üçün RD-171M markalı yanacaq verməyəcək.

Simsar.az-ın məlumatına görə, raket “Lıbid” geostansiyasından orbitə buraxılmalı idi. Lakin raketin istehsal edildiyi “Yujmaş” birliyinin bununla bağlı cəhdləri bir nəticə verməyib. Bunun əsas səbəbi isə “Yujmaş”ın yanacağı pulsuz əldə etmək niyyəti olub.

İstehsalat Birliyindən bildirilib ki, sputnik artıq hazırdır və ilkin məlumata görə, Ukrayna bunun üçün 254 milyon dollar xərcləyib.

Simsar.az


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!