22 Oktyabr, 2014
Milli Məclisdən xəbər var

Azərbaycan Milli Məclisinin növbəti iclasının tarixi və gündəliyi məlum olub.

Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu APA-ya açıqlamasında bildirib ki, oktyabrın 28-də keçiriləcək növbəti iclasda 21 məsələ müzakirəyə çıxarılacaq.

Gündəliyə Cinayət-Prosessual, İnzibati Xətalar və Gömrük məcəllələrinə, o cümlədən “Polis haqqında”, “Yeyinti məhsulları haqqında”, “Qrant haqqında”, “Dövlət rüsumu haqqında”, “Banklar haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında” və bir sıra qanunlara dəyişikliklər layihəsi daxildir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!