22 Oktyabr, 2014
Avropa İttifaqının səfiri Qarabağdan danışdı

“Hesab edirəm ki, Azərbaycan və Ermənistan prezidentlərinin bu ay Parisdə nəzərdə tutulan görüşü müsbət addımdır”.

APA-nın məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard bildirib.

Onun sözlərinə görə, bu kimi yüksək səviyyəli görüşlərin keçirilməsi çox vacibdir: “Bizim gözləntimiz Dağlıq Qarabağ məsələsində “status-kvo” vəziyyətinin dəyişdirilməsi üçün irəliyə doğru addımların atılmasından ibarətdir”.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!