22 Oktyabr, 2014
İran parlamenti qarşısında etiraz aksiyası

İran Telekommunikasiya Şirkətinin 700-dən çox işçisi ölkə parlamentinin binası qarşısında etiraz aksiyası keçirib. Trend-in məlumatına görə, bu barədə İLNA agentliyi xəbər verir.

Şirkətin kəndlərdə çalışan işçiləri ölkənin bir neçə əyalətindən paytaxt Tehrana gəliblər. Onlar aylıq əməkhaqlarını ala bilməmələrindən, müqavilə, sığorta şərtlərinin icra olunmamasından şikayətlənirlər.

Məlumata əsasən, etirazçılar deyiblər ki, 9 aydır maaşlarını ala bilmirlər. Şirkət işçilərlə bağladığı müqavilənin şərtlərinə əməl etmir və sığorta haqlarını ödəmir.

Qeyd edək ki, ölkə əyalətlərində İran Telekommunikasiya Şirkətinin tabeliyində olan 30 idarə var. Kəndlərdə şirkətin 10 mindən çox işçisi çalışır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!