22 Oktyabr, 2014
Papa Françesko “Sultan Əhməd”ə gedir

Katolik dünyasının ruhani lideri Papa Françesko noyabrın 28-30-da Türkiyədə səfərdə olacaq.

Simsar.az Türkiyə mediasına istinadən xəbər verir ki, əvvəlcə Ankaraya gedəcək Papa, Atatürkün məzarını ziyarət edəcək.

Daha sonra dini lider baş nazir Əhməd Davudoğlu və prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Bundan sonra İstanbula gedəcək Papa “Ayasofiya” ilə “Sultan Əhməd” məscidini ziyarət edəcək.

Səfər proqramının sonunda isə Papa Françesko İstanbulun Şişli səmtində yerləşən Saint Esprit Kilsəsində keçriləcək dini ayində iştirak edəcək.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!