22 Oktyabr, 2014
TANAP-da iştirak edəcək şirkətlər ƏDV-dən azad edildi

Transanadolu qaz boru kəməri (TANAP) layihəsinin tikinti və təchizat işlərində iştirak edəcək bütün şirkətlər əlavə dəyər vergisindən (ƏDV) azad ediləcək.

Simsar.az-ın xəbər verir ki, edilən dəyişiklik rəsmi KİV-də dərc olunub.

Dəyişikliklərə görə, layihənin reallaşdırılması işləri ilə bağlı şirkətlərə ehtiyat kapitalına dair beynəlxalq normalara əsasən öhdəliklər tətbiq edilməyəcək. Şirkətlər amortizasiya üzrə beynəlxalq standartların tələb etdiyi kimi kapitalı ehtiyatda saxlamaq mütləq olmayacaq.

Beləliklə, 2015-ci ilin yanvarın 1-dən şirkətlərdən ƏDV tələb olunmayacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!