22 Oktyabr, 2014
Türkiyə Azərbaycana yeni təhsil attaşesi təyin etdi

Türkiyə Azərbaycana yeni təhsil attaşesi təyin edib. Simsar.az-ın məlumatına görə, yeni attaşe Abdulqafar Büyükfıratdır. Büyükfıratın ötən gün vəzifəsinin icrasına başladığı bildirilib.

Əslən Şanlıurfadan olan A. Büyükfırat 1953-cü ildə Adıyaman vilayətinin Samsat rayonunda anadan olub. Türkiyə Milli Təhsil Nazirliyinin təcrübəli kadrlarından olan Büyükfırat Adana, Adıyaman, Kırklareli vilayətlərində müxtəlif vəzifələrdə, o cümlədən İstanbul marif müdirinin müavini və Nevşehir marif müdirliyi vəzifələrində çalışıb.

Bir çox uğurlu layihələrə imza atan Büyükfırat bu addımı ilə Türkiyə təhsilinə böyük dəstək verib və bu sahədə mükafatlar alıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!