22 Oktyabr, 2014
ABŞ-ın yardımları “İŞİD”-in əlinə keçdi – VİDEO

Şimali İraq Kürd Hakimiyyəti tərəfindən ABŞ təyyarələriylə Kobanidəki YPG mövqelərinə daşınan silah yardımının bir qismi dünən səhvən “İŞİD” silahlılarının mövqelərinə düşdüyü iddia edilib.

ABŞ isə açıqlamasında yalnış nöqtəyə düşən silahların vurulduğunu bildirmişdi.

Lakin “İŞİD” milatanları tərəfindən çəkilən və internet üzərindən yayılan bir videogörüntüdə paraşütlə bölgəyə atılan silahların İŞİD-in əlinə keçdiyi görünür.

Görüntüdə üzü maskalı bir militan ərəbcə danışaraq, koalisiya təyyarələrinin silahları səhvən onların bölgəsinə atdığını deyir: “Bu yardımı təyyarələrlə kafir PKK-ya göndərirdilər. Lakin çox şükür əlimizə keçdi”.

Militan daha sonra qutuları açaraq, ordakı silahları göstərir.

Vüsal Qarayev

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!