22 Oktyabr, 2014
“İŞİD” yalnız kürdlərə qarşı vuruşur” – Kürd liderdən iddia

ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri “İraq Şam İslam Dövləti” (İŞİD) adlı terrorçu qruplaşmaya qarşı təziqlərini artırdıqca “İŞİD” sanki bundan güc alır.

Simsar.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ-ın Suriyanın Kobani şəhərinə silah yardımı etməsindən sonra hücumlarının şiddətini artıran “İŞİD”, İraqda son 2 gündə 15 cəbhədə hücumlar həyta keçirib.

“Reuters” isə bildirir ki, Suriyada kürdlərin yaşadığı Kobanidə döyüşlər davam edərkən, “İŞİD” indi də İraqda geniş hücumlara başlayıb. Ağır silahlarla 3 istiqamətdən Qaratəpə adlanan əraziyə hücum edən “İŞİD” 2-si uşaq olmaqla 10 nəfər öldürüblər.

Şiə türkmənlərin yaşadığı 2 qəsəbəni ələ keçirən “İŞİD” silahlıları, məscidləri partladıb, aralarında uşaq və qadınların da olduğu 30 nəfəri qaçırıblar. Həmin ərazidə “İŞİD”in hucumları nəticəsində 10 min insan yerindən-yurdundan qaçıb.

CNN-in verdiyi xəbərdə isə “İŞİD”in dünəndən Sincar dağına da hücumlar etdiyi bildirilir. Bu hücumların əsas hədəfi isə yezidilərin müqəddəs məkanlarının yerləşdiyi Sərafəddin kəndi olub. Məlumatda bildirilib ki, “İŞİD” kəndi işğal edə bilməyib. Müxtəlif cəbhələrdə gedən düyüşlərdə xeyli sayda “İŞİD” silahlısının və həmçinin peşmərgə əsgərlərinin və yerli camaatın da öldürüldüyü açıqlanıb.

Şimali İraq Kürd Hakimiyyətinin lideri Məsut Bərazni isə “İŞİD”in İraq və Suriyada hədəf dəyişdirərək yalnız kürdlərə qarşı vuruşduqlarını da deyib.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!