22 Oktyabr, 2014
Çində 2400 nəfər edam edildi - ŞOK

Son 1 ildə Çində 2400 nəfər edam edilib.

Simsar.az-ın  “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, “Duy Xua” İnsan Hüquqları Fondunun hesabatında belə deyilir.

Fondun məlumatına əsasən, bu rəqəm son iki ilin göstəriciləri ilə müqayisədə 20% azdır. Buna baxmayaraq, Çin ölüm hökmlərinin sayına görə lider olaraq qalır.

Ölkədə ölüm hökmləri ilə bağlı xəbərlər dövlət sirri sayılsa da, hüquq müdafiəçiləri məlumatları bilavasitə məhkəmə orqanlarından aldıqlarını bildiriblər.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!