21 Oktyabr, 2014
İŞİD-dən qandonduran daha bir vəhşət - VİDEO

İŞİD terror qruplaşması daha bir dəhşətli video yayımlayıb.

Simsar.az-ın məlumatına görə, Suriyanın Hama bölgəsində suriyalı gənc qadın daşlanaraq öldürülüb.

Dəhşətli şəkildə qətlə yetirilən qadın zina etməkdə günahlandırılır. Hadisənin təsirli tərəfi isə bindan ibarətdir ki, daşlanmada qızın atası da iştirak edib.

Kadrlardan görünür ki, ata zina etməkdə günahlandırılan qızını bağışlamayacağını deyib. Qadın isə bağışlanması üçün atasına yalvarır. Lakin elə ilk daşı qızın atası atır. Qadın Suriyanın Hama bölgəsində daşlanaraq öldürülən ilk qadındır.

Qeyd edək ki, İŞİD ələ keçirdiyi bölgələri "şəriət" qaydaları ilə idarə etdiyi bəyan edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!