21 Oktyabr, 2014
Bu erməni Bakıya gələcək

Şahmat üzrə Ermənistan yığmasının lideri Levon Aronyan 2015-ci ildə Bakıda keçiriləcək şahmat üzrə Dünya Kubokunda iştirak etmək fikrindədir.
Simsar.az-ın məlumatına görə, bu barədə FİDE-nin prezidenti Kirsan İlumjanov açıqlama verib.
FİDE-nin prezidenti Levon Aronyan gələn il dünya kubokunda iştirak edəcəyini Ermənistan prezidenti Serj Sarkisyanla birlikdə keçirilən şam yeməyində deyib.
Qeyd edək ki, 2015-ci il sentyabrın 10-dan oktyabrın 4-nə qədər Bakıda şahmat üzrə Dünya Kuboku keçiriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!