21 Oktyabr, 2014
Yanukoviç barədə qiyabi məhkəmə keçirilməsinə dair QANUN

Ukrayna prezidenti Pyotr Poroşenko sabiq dövlət başçısı Viktor Yanukoviçin barəsində qiyabi məhkəmə keçirilməsinə dair qanun imzalayıb.

Simsar.az-ın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bunu Ukrayna lideri özünün Twitter səhifəsində yazıb.

“Yanukoviç barəsində qiyabi məhkəmənin keçirilməsini mümkün edən qanun imzaladım”, məlumatda deyilir.

Yanukoviçə qarşı vəzifədən sui-istifadə maddəsi ilə cinayət işi qaldırılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!