21 Oktyabr, 2014
Luçe Rumıniya yığmasını çalışdıra bilər

"Şaxtyor" klubunun rumıniyalı baş məşqçisi Mirça Luçesku ölkəsinin yığmasından təklif alıb.

Simsar.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Rumıniya Futbol Federasiyasının rəhbərliyi Viktor Piturkanın gedişindən sonra boş qalmış posta məhz Lukeskunu gətirmək niyyətindədir.

"Şaxtyor"da ilinə 3,5 milyon avro qazanan təcrübəli mütəxəssisə mövsümün sonuna qədər həm klubunda, həm də yığmada çalışmaq təklif olunub. Mövsümün sonunda isə Luçeskunun Ukrayna klubundan ayrılaraq yalnız Rumıniya millisini çalışdırması istənilib. 69 yaşlı mütəxəssisin bu təklifi müsbət qarşıladığı bildirilir.

Qeyd edək ki, 2004-cü ildən "Şaxtyor"u çalışdıran Luçeskunun Ukraynada hərbi-siyasi vəziyyətin gərgin olması səbəbindən Donetsk təmsilçisindən ayrılmaq istədiyi iddia edilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!