21 Oktyabr, 2014
“Bazar Store”də müştərilər necə aldadılır? – FOTOFAKT

“Bazar Store” marketlər şəbəkəsindən alış-veriş edən müştərilər aldadılır. Simsar.az xəbər verir ki, bu barədə müştərilərdən biri Simsar.az-a məktub ünvanlayıb. Məktubda qeyd olunur ki, alış-veriş etdikdən sonra verilən çekdəki qiymətlərlə rəfdə yazılan qiymət uyğun gəlmir. Müştəri bu barədə rəhbərliyə şikayət etsə də, məlum olub ki, bir çox məhsulun satışı bu şəkildə həyata keçirilir. “İnsanlar çox olduğu üçün kassanın qarşısında sıra olur. Buna görə də, alıcıların verdikləri pul müqabilində aldıqlarının qiymətini yoxlamaq imkanı olmur. Bundan da istifadə edib alıcıları aldadırlar. Mənim şikayətimi görən bir sıra vətəndaş da aldadıldığını gördü. Və belə fırıldaq olacağını ağıllarına gətirmədiklərini söylədilər”.

Simsar.az aldadılma faktının şəkillərini təqdim edir.

Simsar.az


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!