21 Oktyabr, 2014
"Kimdir nömrə 1" - onlar avtomobil uğurunda yarışacaqlar - FOTO

Simsar.az xəbər verir ki, Azərbaycan efir məkanında səs-küyə səbəb olacaq daha bir maraqlı layihənin çəkilişlərinə start verilib.

Oktyabrın 28-dən ATV-də yayımlanacaq "Kimdir nömrə 1" şousunda birinciliyini təsdiqləmək istəyən sənətçilər yarışacaqlar.

Ekspertləri ölkənin əsas prodüseri Tarix Əliyev (Tolik), aparıcılar Cavd Gül və Afaq Gəncəli olan yarışma proqramının açılışı bu saatlarda ATV-nin pavilyonlarının birində çəkilməkdədir.

Həm də avtomobil uğrunda yarışacaq iştirakçıların bəzilərin adlarını açıqlayırıq : Ayaz Qasımov,  Gülay Zeynallı, Yaşar Yusub,  Aysel Əlizadə,  İlahə İbadova, Emil Bədəlov,  Mirkamil Kamilov,  Lalə və Nurkan dueti, Elçin Hüseynov, Yaşar Cəlilov və başqaları.

Canlı yayım noyabrın ilk həftəsində baş tutacaq.

Şouda mübarizə aparacaq iştirakçıların  qalibiyyətlərini ekspertlərin rəyi və tamaşaçıların göndərəcəkləri SMS lər həll edəcək.

 

Şahin Cavadsoy

Simsar.Az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!