21 Oktyabr, 2014
“Qarabağ”ın “İnter”ə uduzmasına çox üzüldüm – MƏŞHUR TELEAPARICI

“Mənə inanmayan varsa, ömründə bircə dəfə "Qarabağ"ı ekran başından izləsin”.

"NTV Spor"un məşhur aparıcısı Güntekin Onay "Qarabağ" haqqında danışıb. Çempionlar Liqası və Avroliqanın son turunun qarşılaşmaları barədə fikirlərini söyləyən spiker Azərbaycan çempionunun İtaliyada "İnter"ə uduzmağı haqq etmədiyini deyib: "Avrokuboklarda sürpriz nəticələr qeydə alınır. "Qarabağ"ı yaxından təqib edirəm. Bu komandanın oyunu məndə xoş təəssürat oyadıb. Mənə inanmayan varsa, ömründə bircə dəfə "Qarabağ"ı ekran başından izləsin.

Azərbaycan klubu Avropada bu yerlərə birdən-birə gəlmədi. Neçə il pley-offda dayandı. Bu sezon isə "Tvente"ni Avroliqadan uzaqlaşdırdılar. "İnter"lə qarşılaşmadan 1 xalla ayrıla bilərdilər. Milanda əla matç çıxardılar. 2:0 uduzmaqları işdən deyildi. Məni ən çox üzən Avroliqa matçı budu."

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!