21 Oktyabr, 2014
MSK ekspert qrupu yaratdı

Qarşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert və işçi qrupları yaradılıb.

Simsar.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qərar verilib.

Yeni 9 nəfər üzvdən ibarət ekspert qrupu vətəndaşların seçki hüquqlarını pozan hərəkətlədən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə yaradılıb.

İşçi qrupu isə imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq məqsədilə yaradılıb.

Hüseyn İbadlı

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!