21 Oktyabr, 2014
MSK-nın növbəti iclası keçirilir

Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilir. Simsar.az xəbər verir ki, iclasda növbəti Bələdiyyə seçkilərinin vaxtının təyin edilməsi, seçkilərin hazırlnması və keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planının təsdiq edilməsi, eyni zamanda vətəndaşların seçim hüququnu pozan hərəkətlərdən və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə MSK tərkibində ekspert qurupunun yaradılması müzakirə olunacaq.

Həmçinin imza vərəqələrində namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyü və müvafiq məlumatları yoxlamaq üçün işçi qrupunun yaradılması üçün işlər aparılacaq.

Hüseyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!