21 Oktyabr, 2014
"Ebola"nın yayılma riski olan ölkələr açıqlandı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "Ebola" virusunun mümkün yayılmasına hazırlaşmalı olan 14 ölkədən ibarət siyahı tərtib edib.

Simsar.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu ölkələr "Ebola" virusu ilə bağlı milli plan hazırlamalıdırlar.

Həmin 14 ölkənin epidemiyanın və yüksək miqrasiya axınının müşahidə olunduğu dövlətlərlə ümumi sərhədləri var.

ÜST-nin məlumatına görə, Qərbi Afrikada yayılmış "Ebola" virusundan artıq 4,5 mindən çox insan ölüb. Virusdan yoluxma halları Liberiya, Syerra-Leone, Qvineya, Nigeriya və Seneqalda qeydiyyata alınıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!