21 Oktyabr, 2014
Toyda dava düşdü: ölən var - AĞDAŞDA

Ağdaş rayonunda keçirilən toy məclisi qanlı sonluqla yekunlaşıb.

Simsar.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, oktyabrın 20-də saat 22 radələrində Ağdaş rayonunun Qarağan-Şıxlar kəndində keçirilən toy məclisində Rusiya Federasiyası vətəndaşı Ərəstun Əşrəfli münaqişə zəminində kənd sakini İsgəndər Umarovu bıçaqlayıb. Bıçaq yarası alan İ.Umarov xəstəxanaya yerləşdirilib. Lakin həkimlər onun həyatını xilas edə bilməyib.

İsgəndər Umarovu qətlə yetirmiş Ərəstun Əşrəflinin tutulması üçün əməliyyat-axtarış tədbirləri aparılır.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!