21 Oktyabr, 2014
İŞİD yenə taktika dəyişdi

“İŞİD inanılmaz dərəcədə sürətlə taktika və yer dəyişir”.

Simsar.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri İŞİD Terror Təşkilatının yenidən taktika dəyşməsi haqqında danışarkən, ABŞ-ın Baş Qərargah rəisi Martin Dempsi deyib.

Hazırda Kobanidə günlərdir gedən döyüşlərdən sonra itki verən İŞİD, yenidən taktika və yer dəyişikliyi edərək, İraqın şimalına, yezidilərin yaşadığı Sincar bölgəsinə yönəlib.

Qeyd edək ki, ABŞ-ın İraqda İŞİD-i havadan bombalamasından sonra təşkilat, sürətlə yer dəyişərək Kobaniyə hücum etmişdi. 2 kəndin artıq İŞİD-in əlinə keçdiyi açıqlanıb. Yezidi partizanların lideri Kasım Şeşo, bölgədə 3 min partizanın və 7 min mülkinin yaşadığını deyib. Kasım, yezidi partizanların İŞİD-lə döyüşdə öləcəklərini düşündükləri üçün sms-lər vasitəsiylə ailələriylə halallaşıblar.

İŞİD-in bölgəyə girməsiylə yenidən qətliamların yaşanacağından qorxan yezidilər, ABŞ-dan hava hücumları həyata keçirmələrini istəyiblər.

Avqustda Sincara hücum edən İŞİD, yüzlərlə insan ödürərək, yezidi qadınları kölə kimi satmışdı. Dünəndən isə ABŞ və Fransaya aid qırıcılar İraqda və Suriyada İŞİD bölgələrinə zərbələr endiriblər.

 

Vüsal Qarayev

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!