21 Oktyabr, 2014
"Bakı-2015": İdman növlərinin siyahısı açıqlandı

2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarında 253 dəst medal sahibini tapacaq. Qol.Az-ın Sportnet.az-a istinadən yaydığı xəbərə  görə, bu barədə "Bakı-2015"in idman məsələləri üzrə direktoru Pirs O Kallavan açıqlama verib.

O bildirib ki, 17 gün tədbirdə 10 minədək rəsmi, 6000-dən çox idmançı 20 növ üzrə 18 məkanda mübarizə aparacaq. İdman növlərindən 16-sı olimpiya, 4-ü qeyri-olimpiya növü olacaq.

Kallavan bildirib ki, 11 növ üzrə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya paylanacaq. 2014-cü il Soçi Qış Olimpiya Oyunları ilə müqayisədə Avropa Oyunlarına gələnlərin sayı 2 dəfə çox olacaq.

6000 atlet seçim kriteriyaları əsasında müəyyənləşdiriləcək. Onlardan 3000-i məhz lisenziya yarışlarına qatılacaq.

Bütün 20 növ üzrə yarışlarda Azərbaycan idmançıları birbaşa təmsil oluna biləcəklər. Qeyri-olimpiya növləri sambo, karate, çimərlik futbolu və 3X3 basketboldur.

İdman növlərinin siyahısı:

1. Su idmanı (Suya tullanma, üzgüçülük, sinxron üzgüçülük, su polosu) - Bakı Su İdmanı Mərkəzi

2. Gimnastika (İdman gimnastikası, bədii gimnastika, batut üzərində tullanma, akrobatika, aerobika) - Milli Gimnastika Arenası

3. Oxatma - Tofiq Bəhramov adına Respublika stadionu

4. Yüngül Atletika - Bakı Olimpiya Stadionu

5. Badminton - Bakı İdman Sarayı

6. Basketbol 3X3 - Müvəqqəti Basketbol Arenası

7. Çimərlik futbolu - Çimərlik Arenası

8. Boks - Crystal Hall 3

9. Kanoe sprint - "Kür" Olimpiya Mərkəzi (Mingəçevir)

10. Velosiped (BMX Veloparkı, Dağ Velosipedi Veloparkı, şosse yarışları)

11. Qılıncoynatma - Crystal Hall 2

12. Cüdo - Heydər Əliyev adına İdman Konsert Kompleksi

13. Karate - Crystal Hall

14. Sambo - Heydər Əliyev adına İdman Konsert Kompleksi

15. Atıcılıq - Bakı Atıcılıq Mərkəzi

16. Stolüstü tennis - Bakı İdman Sarayı

17. Taekvondo - Crystal Hall 2

18. Triatlon - Bilgəh çimərliyi

19. Voleybol - Crystal Hall 1 (qapalı), Çimərlik arenası (çimərlik)

20. Güləş - Heydər Əliyev adına İdman Konsert Kompleksi

Olimpiya lisenziyalı növlər isə bunlardır: Oxatma (mərhələli təsnifat), yüngül atletika (Beynəlxalq Federasiyanın kvalifikasiyalı standartları), voleybol və çimərlik voleybolu (mərhələli təsnifat), boks (Rioya gedən yol), velosiped idmanı (mərhələli təsnifat), atıcılıq (birbaşa təsnifat), üzgüçülük (Beynəlxalq Federasiyanın kvalifikasiya standartları), stolüstü tennis (birbaşa təsnifat), taekvondo (mərhələli təsnifat), triatlon (birbaşa təsnifat), güləş (Rioya gedən yol)


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!