21 Oktyabr, 2014
Fransa ŞOKda - “Total”ın prezidentinin öldüyü təyyarə - VİDEO

Rusiyanın paytaxtı Moskvanın “Vnukovo” hava limanında qəza zamanı dünyasını dəyişən Fransanın “Total” neft şirkətinin prezidenti Kristof de Marjerin ölməsi dünyanın gündəmini dəyişib.

Simsar.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, artıq Fransa mediası Kristof de Marjerin ölməsinin təsadüfü olmadığını bildirən xəbərlər verir.

Bununla yanaşı artıq dünya mediasında qəzadan sonra hadisə yerindən çəkilən video görüntülər də yayılıb.

Həmin görüntünü sizə təqdim edirik:

Qeyd edək ki, bu gecə “Falkon” tipli təyyarə uçuş zolağında qartəmizləyən maşınla toqquşub. Hadisə nəticəsində 3-ü ekipaj üzvü olmaqla 4 nəfər həlak olub.

Təyyarə Fransanın paytaxtı Parisə uçmağa hazırlaşırmış.

Hadisə ilə bağlı verilən digər məlumatda isə deyilib ki, qəzada Fransanın “Total” neft şirkətinin prezidenti Kristof de Marjeri ölüb.

Qəza ilə bağlı cinayət işi başlanıb.

Xatırladaq ki, “Total” şirkəti dünyanın 11-ci ən iri kompaniyasıdır. Şirkət 130-dan çox ölkədə fəaliyyət göstərir. 2013-cü ilin sonunun açıqlamasına görə, şirkətin büdcəsi 227 milyard 882 milyon dollar olub.

Təkcə ötən ilki gəliri 11 milyard 204 milyon dollar olub. İşçilərinin sayı isə 100 minə yaxındır.

Sara


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!