21 Oktyabr, 2014
Əkin sahəsindən meyit tapıldı - AĞDAMDA

Ağdamın Eyvazlı kəndi yaxınlığında kişi meyiti tapılıb.

Simsar.az APA-ya istinadən xəbər verir ki, hadisə yerinə gələn Ağdam Rayon Prokurorluğunun əməkdaşları ölü vəziyyətdə tapılmış şəxsin kimliyini müəyyən ediblər.

Məlum olub ki, Quzanlı-Qaradağlı yolunun kənarında əkin sahəsində meyiti aşkarlanan şəxs Ağdam rayonu Kəlbəhüseynli kənd sakini, 1968-ci il təvəllüdlü Aslanov Adil Sabir oğludur. Onun spirtli içki aludəçisi olduğu bildirlir.

Müstəntiqin bildirdiyinə görə, meyitin üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb. Hadisə yerinə gələn qohumları sonuncu dəfə A. Aslanovu dünən axşam saatlarında gördüklərini bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!