21 Oktyabr, 2014
Rusiya Dəmiryollarının rəisi: “Bu, əngəl ola bilməz”

“Heç bir siyasi məsələ dəmiryol sahəsində münasibətlərə əngəl ola bilməz”.

Simsar.az-ın məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Rusiya Dövlət Dəmiryollarının rəisi, MDB və Baltikyanı Ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının sədri Vladimir Yakunin deyib.

O bildirib ki, bütün addımlarımız əlqələrin genişləndirilməsinə, qarşıya çıxa biləcək problemlərin həllinə hesablanıb.

V. Yakunin qurumun fəaliyyətinin bazar iqtisadiyyatı ilə uyğunlaşdırıldığını da qeyd edib.

Ukrayna ilə münasibətlərə toxunan V. Yakunin orada baş verənlərin iki ölkə arasında münasibətlərə səbəb olmayacağını da söyləyib.

O, Rusiyanın tranzit xərcləri artırmadığını da qeyd edib: “Sadəcə olaraq, bəzi daşınma xərclərində təbii artım olub”.

V. Yakunin tədbirin keçiriliməsindəki diqqətinə görə, Azərbaycan prezidentinə təşəkkürünü də bildirib.

Hüseyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!