21 Oktyabr, 2014
Dünya alimləri Bakıya toplaşdı

Paytaxtda “Nüvə elmləri və onun praktiki aspektləri” mövzusunda VII Avrasiya konfransı işə başlayıb.

Oktyabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Nüvə elmləri və onun praktiki aspektləri” mövzusunda VII Avrasiya konfransı işə başlayıb.

Dünyanın müxtəlif ölkələrindən olan alim və mütəxəssislərin qatıldıqları tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edib.

Oktyabrın 24-dək davam edəcək konfransda nüvə fizikası və kimyası, radiasiya texnologiyaları və təhlükəsizliyi və digər mövzularda məruzələr dinləniləcək, müzakirələr aparılacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!