21 Oktyabr, 2014
İlham Əliyev Şuranın toplantısına məktub göndərdi – MƏTN

“Azərbaycanda nəqliyyat sektoru iqtisadiyyatın inkişafında mühüm mövqeyə malikdir”

Simsar.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Bakıda keçirilən MDB və Baltikyanı Ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 61-ci toplantısına ünvanladığı təbrik məktunda bildirib.

Prezidentin məktunu Azərbaycan nəqliyyat naziri Ziya Məmmədov oxuyub.

Məktubda deyilir:

“Beynəlxalq nəqliyyat təşkilatları sırasında Avropa və Asiya ölkələrini birləşdirən Dəmiryolu Şurasının özünəməxsus yeri var. Şuranın fəaliyyəti sayəsində ölkələrin dəmiryolları arasında sıx əməkdaşlıq əlaqələri qurulub. Yük və sərnişin daşınmalarının fasiləsiz təmin olunmasına, infrastrukturun və hərəkət tərkiblərinin yerləşməsinə, razılaşdırımış Beynəlxalq Paris siyasətinin həytata keçirilməsinə, hüquqi bazanın təkmilləşdirilməsinə nail olmuşuq. Azərbaycan Respublikasında nəqliyyat sektoru iqtisadiyyatın inkişafında mühüm mövqeyə malikdir. Bu gün yol-nəqliyyat kompleksinin bütün sahələri sürətlə modernləşdirilir. Yalnız ölkə miqyasında deyil, eləcə də region üçün önəmli layhələr həyata keçirilir. Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı və Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin inşası, qəbul olunmuş dövlət proqramı çərçivəsində Azərbaycanın dəmir yolları infrasturkturunun yenidən qurulması və digər tədbirlər, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində daha çox yükdaşımalara şərit yaradır. Ümid edirəm ki, iclas zamanı qəbul olunacaq qərarlar və apardığınız müzakirələr fəaliyyətimizin səmərəliliyinin artmasına ximət edəcək”.

 

Hüseyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!