21 Oktyabr, 2014
Fironun valideyinləri bacı-qardaş çıxdı - ŞOK!

Misir Fironu Tutanxamon üzərində aparılan “virtual ekspertiza” başa çatıb.

Simsar.az İtaliya mətbuatına istinadın xəbər verir ki, İtaliyada aparılan əməliyyata görə, miladdan öncə 14-cü əsrdə hökmranlıq edən fironun qadına bənzər bədən qurluşu varıymış və ayağı şikəst olduğundan sol ayağı yerə çatmırmış, əsa ilə yeriyirmiş.

Ən qəribəsi isə odur ki, üzərində aparılan genetik testlərə görə, Tutanxamon ailədaxili münasibətlərdən dünyaya gəlib. Belə ki, fironun ata və anasının bacı-qardaş olduqları üzə çıxıb.

Qeyd edək ki, Tutanxamonun bilindiyi kimi yarış arabası qəzasında deyil, valideyinlərinin qohum olduqları üçün hormonal pozuqluqdan öldüyü də iddia edilib.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!