21 Oktyabr, 2014
Bu gün Dram Teatrda “Silindir” olacaq – FOTOLAR

Bu gün Akademik Milli Dram Teatrında "Silindr" tamaşasının premyerasıkeçiriləcək. Simsar.az xəbər verir ki, E. de Filipponun pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Ramiz Novruz, quruluşçu rəssamı Anar Əliyev, musiqi tərtibatçısıı Kamil İsmayılov, rejissor assistenti Dilbər İsmayılovadır. Tamaşada rolları Xalq artisti Ramiz Novruz, Əməkdar artistlər Münəvvər Əliyeva, Kazım Abdullayev, Məzahir Cəlilov, aktyorlar Anar Heybətov, Rövşən Kərimduxt, Şəhla Əliqızı, Ləman İmanova, Dilarə Nəzərova, Hikmət Rəhimov, Ramin Şixəliyev, Ülvi Həsənov və başqaları canlandırır.

Qeyd edək ki, tamaşa bu gün saat 19:00-da olacaq.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!