21 Oktyabr, 2014
“Kürdlərə silah yardımı edirik, amma...” - ABŞ-dan açıqlama

“Suriyada kürdlərə silah yardımı edilməsinin ABŞ-ın siyasətində bir dəyişiklik edilməsi anlamına gəlmir. Bunu Türkiyəyə izah elədik”.

Simsar.az-ın xəbərinə görə, bunu ABŞ dövlət katibi Con Kerri Suriyanın Kobani şəhərində kürdlərə silah yardımı vermələri ilə bağlı açıqlamasında deyib.

O bildirib ki, “İraq Şam İslam Dövləti” (İŞİD) adlı terrorçu qruplaşma ilə vuruşanlara arxa çevirmək olmaz: “İŞİD-lə vuruşan kürd qruplara silah-sursat yardımı etməmək məsuliyyətsizlik olardı. Müttəfiqimiz Türkiyənin kürd qruplara silah verməyimiz məsələsində narahat olduğunu anlayışla qarşılayırıq”.

ABŞ Hərbi Hava Qüvvələrinin silahlı kürd qrulara havadan yardımlarının da müvəqqəti olduğunu bildirən Kerri əlavə edib ki,  Türkiyə Kobaniyə keçmək üçün birləşmiş qüvvələrə şərait yaratmalıdır.

Qeyd edək ki, ABŞ Silahlı Qüvvələrinin Baş Qərargahı “İŞİD”lə döyüşən kürd qruplara havadan atmaqla silah-sursat verdiyini dəstəkləyib.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!