21 Oktyabr, 2014
Dəmiryolçular Bakıya toplaşdı - FOTOLAR

Bakıda MDB və Baltikyanı Ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 61-ci toplantısı keçirilir.

Simsar.az xəbər verir ki, toplantında şuranın 60-cı iclasında qəbul edilən qərarların yerinə yetirilməsi, həmçinin 2014-cü ilin 9 ayı ərzində dəmir yolu şəbəkəsinin istismar işlərinin yekunları haqqında, 2015-2016-cı illərdə qatarların hərəkət qrafiki haqqında, 2014-cü ilin may ayında keçirilmiş yük vaqonlarının və 2014-cü ilin sentyabr ayında keçirilmiş kontenerlərin əvvəlcədən siyahılanması haqqında məsələlərə toxunulması nəzərdə tutulub.

Həmçinin toplantıda bu ilin son 8 ayı ərzində dəmir yolu admnistrasiyaları arasında qarşılıqlı hesablamalar haqqında, yük vaqonlarının parkının vahid idarəetmə sistemi üzrə əldə olunan razılğın yerinə yetiriməsi, 2015-ci frakt ilində eynəlxalq istuqamətə dəmir yolu yükdaşımada tarif siyasəti və digər məsələlərdə müzakirə olunacaq.

Toplantı iştiralçıları əvvəlcə Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xibanını ziyarət ediblər.

Hüseyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!