21 Oktyabr, 2014
Orqan satan cinayətkar qruplaşmanın 2 üzvü yaxalanadı

Onların qurbanları arasında azərbaycanlılar da olub

Ukrayna xüsusi xidmət orqanının əməkdaşları insan orqanlarının satışı ilə məşğul olan beynəlxalq cinayət qruplaşmasının iki üzvünü yaxalayıblar. Simsar.az xəbər verir ki, cinayətkarlar aztəminatlı ailələrin üzvlərini aldadaraq qanunsuz orqan əməliyyatlarının keçirilməsi üçün Asiya və Latın Amerikası ölkələrinə göndərirdilər. 2010-2014-cü illər ərzində onlar Ukrayna, Azərbaycan, Litva və Rusiya Federasiyasından olan 50-yə yaxın insanı əməliyyata sövq ediblər.

Saxlanınanlara “insan alveri və ya insanla bağlı digər qanunsuz sövdələşmə” maddəsi ilə iş açılıb.

İsitintaqın məlumatına görə keçirilən 25 qanunsuz əməliyyatlardan 15-i Azərbaycanda yerli həkimlər tərəfindən, digərləri isə Ekvador və Kosovoda keçirib.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!