21 Oktyabr, 2014
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərə qatılacaq

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərə qatılacaqlar. Müdafiə Nazirliyindən Simsar.az-a verilən məlumata görə, hərbçilərimiz oktyabrın 22-də Ramştayn şəhərində (Almaniya) Hərbi Hava Qüvvələri Komandanlarının konfransında, oktyabrın 22-dən 23-dək isə İstanbul şəhərində (Türkiyə) keçiriləcək Regional təlim-2014 yüksək səviyyəli müşahidəçilər günündə iştirak edəcəklər.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!