21 Oktyabr, 2014
Bakıda qatar qəzası

Bakının Nizami rayonu Keşlə qəsəbəbəsində qatar qəzaya uğrayıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, yanacaq məhsulları ilə dolu 15 vaqonluq qatarın 5-6 vaqonu relsdən çıxıb. Xoşbəxtlikdən vaqonlardan heç biri aşmayıb.

Hadisədən sonra əraziyə dəmir yolu işçiləri gəlib. Yaranan problemlərin aradan qaldırılması istiqamətində işlər aparılır.

Qeyd edək ki, qəza baş verən ərazi yaşayış evlərinin yaxınlığındadır. Bu səbəbdən də, əhali hadisədən "panikaya" düşüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!