21 Oktyabr, 2014
“Total”ın prezidenti Moskvada öldü – Təyyarə qəzası

Rusiyanın paytaxtı Moskvanın “Vnukovo” hava limanında kiçik mühərrikli təyyarə qəzaya uğrayıb.

Simsar.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 3-ü ekipaj üzvü olmaqla 4 nəfər həlak olub.

Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, “Falkon” tipli təyyarə uçuş zolağında qartəmizləyən maşınla toqquşub.

Təyyarə Fransanın paytaxtı Parisə uçmağa hazırlaşırmış.

Hadisə ilə bağlı verilən digər məlumatda isə deyilib ki, qəzada Fransanın “Total” neft şirkətinin prezidenti Kristof de Marjeri ölüb.

Qəza ilə bağlı cinayət işi başlanıb.

Simsar.az

 


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!