20 Oktyabr, 2014
Yunanıstandan Türkiyəyə zərbə

Yunanıstan hökumətinin icazəsilə paytaxt Afinanın mərkəzində 1915-ci ildə Osmanlı imperiyası tərəfindən xristianlara qarşı həyata keçirildiyi iddia edilən qondarma Süryanı soyqırımının abidəsi ucaldılıb.

Simsar.az-ın məlumatına görə, ABŞ-ın "Seyfo Center" şirkəti tərəfindən tikilən abidənin açılışında dünyanın bir çox ölkəsindən nümayəndələr iştirak edib.

Açılışa Ermənistanın Yunanıstandakı səfiri ilə yanaşı Yunanıstan hökumətinin bir sıra rəsmiləri də qatılıb.

Qeyd edək ki, bundan əvvəl "Süryanı soyqırmı"nın abidəsi Avstraliya, ABŞ, Ermənistan və Fransada da tikilib.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!