20 Oktyabr, 2014
Donetskdə güclü partlayış

Ukraynanın Donetsk vilayətində kimya zavodunda güclü partlayış baş verib.

Simsar.az-ın məlumatına görə, partlayış o qədər şiddətli olub ki, təzyiq dalğası bir neçə kilometr radius əhatə edib. Partlayış rusiyapərəst qüvvələrin nəzarəti altında olan bölgədə qeydə alınıb.

Hələlik faktın təfərrüatına dair heç bir məlumat açıqlanmayıb. Hadisə zamanı özlərini Donetsk Xalq Respublikası elan edən qurum nümayəndəsi mətbuat konfransında çıxış edirmiş. Partlayışdan yaranan dalğa konfrans zalında oturan jurnalistləri də təşvişə salıb.

Konfrans iştrakçıları bir an hücuma məruz qaldıqlarını düşünüblər. Partlayış zamanı insan itkisi olub-olmadığı hələlik məlum deyil.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!