20 Oktyabr, 2014
Prezident ANAMA rəhbərini şöhrət ordeni ilə təltif etdi

Azərbaycan prezidenti İlham Əliyev Nazim Ələkbər oğlu İsmayılovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Simsar.az-ın məlumatına görə, N. İsmayılov Azərbaycan Respublikasında ərazilərin minalardan təmizlənməsi işinin təşkilində xidmətlərinə görə təltif edilib.

Qeyd edək ki, N. İsmayılov Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktorudur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!