20 Oktyabr, 2014
İstifadəyə yararsız məhsul satanlar cərimələndi

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən daha bir monitorinq keçirilib. Nazirlikdən Simsar.az-a verilən məlumata görə, monitorinqlər zamanı Bakının Binəqədi və Səbail rayonları, Mehdiabad qəsəbəsi, Abşeron, Şabran, Şirvan və Gəncədə fəaliyyət göstərən  mağazalarda qanunsuzluq faktları aşkar olunub. Belə ki, həmin mağazalarda müddəti ötmüş və normativ texniki sənədlərə uyğun olmayan mallar satılıb.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Simsar.az


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!