20 Oktyabr, 2014
“Real Madrid”də Beyl şoku

“Kral klubu” “Liverpul” və “Barselona” ilə baş tutacaq oyunlar öncəsi zədə xəbəri ilə sarsılıb

Simsar.az “Marka”ya istinadən xəbər verir ki, Madrid təmsilçisi UEFA Çempionlar Liqası və “La liqa”nın növbəti turunda Qaret Beylin köməyindən yararlana bilməyəcək. Bu barədə rəsmi məlumat yayan klub nümayəndələri uelsli ulduzun hansı müddətə sıradan çıxdığı haqqında məlumat verməyiblər.

Qeyd edək ki, Qaret Beyl cari mövsüm çıxdığı 12 oyunda 5 dəfə fərqlənməyi bacarıb.

Vüsal Məmmədzadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!