20 Oktyabr, 2014
Doğuş zamanı daha bir ana və uşaq ölümü

Azərbaycanda doğuş zamanı ana və uşaq ölümü faktı qeydə alınıb.

Mingəçevir Şəhər Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün şəhər ərazisində yerləşən Doğum evində baş verib. Şəhər sakini, 1984-cü il təvəllüdlü Svetlana Adil qızı Qasımova doğuş zamanı dünyasını dəyişib.

Doğuş zamanı körpə də həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!