20 Oktyabr, 2014
Neft və qaz satışından 10 milyard gəlir əldə edildi

Bu ilin doqquz ayında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 10 131,9 milyon manat, büdcə xərcləri isə 8 041,2 milyon manat təşkil edib. Yanvar-sentyabr aylarında ARDNF-in neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 9 969,6 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından əldə etdiyi gəlir 9 947,8 milyon manat, tranzit gəlirləri 6,8 milyon manat, bonus ödənişləri 13,3 milyon manat, akrhesabı ödənişləri isə 1,7 milyon manat olub.

Ötən müddətdə Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 162,3 milyon manat təşkil edib.

Bu barədə AzərTAc-a ARDNF-in ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat veriblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!