20 Oktyabr, 2014
Gəncədə bıçaqlanma

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, 1980-ci il təvəllüdlü şəhər sakini Mirzəyev Rəşad Namiq oğlu qarının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal əməliyyat edilən R.Mirzəyev reanimasiya şöbəsinə yerləşdirilib. Gəncə şəhər Kəpəz rayon Polis İdarəsindən verilən məlumata görə, R.Mirzəyevin kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!